Fransa Ukraynaya yaxınmənzilli “Crotale” yer-hava tipli raketlər verəcək.
APA-nın xəbərinə görə, bunu “Le Monde” nəşrinə Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib.
Bundan əlavə, Fransa öz ərazisində 2 000 ukraynalı hərbçini təlimə cəlb edəcək.
Qeyd edək ki, “Thales” qrupunun istehsalı olan “Crotale” raketləri dron, helikopter və təyyarələri məhv etmək üçün nəzərdə tutulub.