ABŞ maye qazın 70 faizini Avropaya ixrac edir

ABŞ-da istehsal edilən sıxılmış maye qazın 70%-i Avropaya ixrac edilir.

APA-nın BTV telekanalına istinadla xəbərinə görə, bunu ABŞ-ın enerji ehtiyatları üzrə dövlət katibi Cefri Payett bildirib.

Payettin sözlərinə görə, ABŞ Avropanın ehtiyaclarını ödəmək üçün bütün resurslarını səfərbər edib.