Kiyevə kamikadze dronları ilə hücum: Əhaliyə xəbərdarlıq edildi - YENİLƏNİB 


Ukraynanın Kiyev şəhərində partlayışlarla əlaqədar təhsil müəssisələri distant rejimə keçib.

Bu barədə paytaxt administrasiyasından bildirilib.

Kiyev vilayətində təhlükəsizlik səbəbi ilə distant təhsil müddəti azı oktyabrın 21-dək uzadılıb.

Oktyabrın 17-də səhər saat 03.30-dan səhər saat 06.50-dək hava hücumundan müdafiə qüvvələri və “Yuq” hava komandanlığının vasitələri tərəfindən altısı Odessa vilayəti, doqquzu Nikolaev vilayəti üzərində 15 dron vurulub.

Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində ümumilikdə 26 ədəd İran istehsalı olan “Şəhid-136” kamikadze dron məhv edilib.

Rusiya müxtəlif tipli qanadlı raketlərlə şərq istiqamətində mühüm infrastruktur obyektlərinə də hücum edib. Üç raket Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib.

09:16

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Çerkası şəhərində İran istehsalı olan kamikadze dron məhv edilib.

Mənbə: UNİAN