Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etdi: Əxlaq polisi də siyahıdadır

Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə, o cümlədən İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd edilib. Bu jurnalda müvafiq normativ aktlar dərc olunub.
“11 nəfər və 4 təşkilat məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi fiziki və hüquqi şəxslər, təşkilatlar və qurumlar siyahısına daxil edilməlidir. Bu qərar Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyətini həll etmək öhdəliyinə uyğun olaraq atılır”, - deyə məlumatda bildirilir.
Qara siyahıya xüsusən İranın əxlaq polisi və onun rəhbəri daxil edilib.
Mənbə: TASS