Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 65 850 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 548 tank, 5 219 zirehli maşın, 1 622 artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 188 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 1 276 PUA, 318 qanadlı raket, 16 gəmi/qayıq, 3 985 avtomobil texnikası və avtosistern, 144 xüsusi texnikadan ibarətdir.