Brüssel formatı Paşinyanın mövqeyinə görə fiaskoya uğrayıb



Politoloq: "Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir"

  "Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə dekabrın 7-də yenidən bir araya gəlməsi planlaşdırılmışdı. Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüşün İrəvanın qeyri-konstruktiv mövqeyi nəticəsində baş tutmaması gözlənilir". Bu barədə "Şərq"ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, ümumiyyətlə, Ermənistan sülhə hazır deyil: "Fransa Prezidenti E.Makronun görüşdə iştirak şərti Prezident İlham Əliyev tərəfindən qəbul edilməyib. Ümumiyyətlə, Brüssel görüşünə ehtiyac yoxdur. Nəticəsiz görüş Ermənistana vaxt qazandıracaq. Brüssel Ermənistana təzyiq etməzsə, İrəvan Azərbaycanla sülh müqaviləsi bağlamayacaq. Dövlət başçısının Brüssel görüşündə Makronun iştirakını qəbul etməməsi Parisin vasitəçiliyinin artıq qəbul edilməməsidir. Bu, uğurlu siyasi gedişdir. Göründüyü kimi Brüssel formatı Paşinyanın mövqeyinə görə fiaskoya uğrayıb. ABŞ proseslərdə aktivlik edərək prosesləri müsbət istiqamətə yönəldə bilər. Demək olar ki, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər gözlənilmir. Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir".