Samoanın cənubunda güclü zəlzələ olub

Samoanın cənubunda 6,7 ​​bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Samoanın paytaxtı Apia şəhərindən 217 km cənub-qərbdə, ocağı isə 36 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.