Almaniya ABŞ-nin beşinci nəsil qırıcılarını alacaq

Almaniya hökuməti ABŞ-dən 35 ədəd beşinci nəsil “F-35” qırıcısı alacaq.
Qırıcıların 2026-2029-cu illər ərzində çatdırılması planlaşdırılır. Onların alınması üçün Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün ayrılan xüsusi fonddan 100 milyard dollar məbləğində pul xərclənəcək.
Almaniya həmçinin “hava-yer” raketləri və yerüstü infrastrukturlar alacaq.
Mənbə: Bloomberg