Aİ Şurası Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.

Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib.

Kredit 10 illik güzəştlə veriləcək.