Kuba prezidenti ABŞ Konqresinin nümayəndə heyəti ilə danışıqlar aparıb


Kuba prezidenti Migel Diaz-Kanel paytaxt Havanada ABŞ Konqresinin bir qrup üzvü ilə görüşüb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter“ səhifəsində məlumat yayıb.
O, MakQovernin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib.
"Biz fikir ayrılıqlarımızı və qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdik. İkitərəfli münasibətləri yaxşılaşdırmaq üçün qarşılıqlı niyyət təsdiqləndi”, - deyə prezident bildirib.
Diaz-Kanel iclasda əhaliyə zərər vuran tədbirlərə son qoyulmasının zəruriliyini bəyan edib.
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla da öz növbəsində Konqres üzvləri ilə söhbətin açıq və hörmətli olduğunu qeyd edib.