TBMM-də dava düşdü: ABŞ-ın nökərləri... - VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) büdcə müzakirələri zamanı dava düşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyə daxili işlər naziri Süleyman Soylunun CHP və HDP-dən olan deputatlara “Siz ABŞ-ın nökərlərisiz” deməsi gərginliyə səbəb olub.

“Biz terrorla mübarizə kitabını yenidən yazmayıb, ABŞ-da yazılan məqalələrdən öyrənsəydik, bu gün sərhədlərimizdəki terrorçu sayı 120-dək azalmazdı. İlk dəfə bu millət CHP-ni PKK və PYD-nin yanında gördü”, - Soylu bildirib.

Bu çıxışından sonra parlamentdəki müxalifətçi deputatlar Soyluya tərəf onun narkotik cinayətindən həbs edlən şəxslərlə olan  fotolarını atıblar.