BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər


BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi tviterdə bildirib.

Saziş malların 96%-i üçün tarifləri ləğv edəcək və ya azaldacaq.

Nazirin sözlərinə görə, sənəd sənaye və xidmət sektoruna əhəmiyyətli təkan verəcək.