Rusiyalı bloger buna görə cərimələnib
Rusiyada İvan Losev adlı bloger sosial media hesabında Ukrayna Prezidenti Volodimir Zelenski haqqında yuxusunu paylaşdıqdan sonra “Rusiya ordusunu gözdən saldığına” görə cərimələnib. Vəziyyəti axmaqlıq kimi qiymətləndirən Losev cəza olaraq 30 min rubl (təxminən 9 min türk lirəsi) ödədiyini və yuxusunda Zelenski ilə selfi çəkdirdiyini bildirib. “Şərq” türk mediasına istinadən xəbər verir ki, hadisə belə cərəyan edib.
Rusiyanın Sibir vilayətinin Zabaykalski Muxtar Vilayətinin Çita şəhərində yaşayan 26 yaşlı İvan Losev instaqram hesabının ölkənin Federal Təhlükəsizlik Xidməti tərəfindən izləndiyindən xəbərsiz olduğunu bildirib.
Losev Zelenskini yuxuda gördüyünü paylaşdıqdan sonra yerli məhkəmə tərəfindən Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan qanunu pozmaqda təqsirli bilinib. Losev sonradan 30 min rubl (təxminən 8830 türk lirəsi) cərimə olunub.
Losev, Vladimir Putinin sentyabr ayında səfərbərlik əmrinə istinad edən yuxusunun təfərrüatlarını belə bölüşüb: "Dünən gecə gördüm ki, məni səfərbərliyə çağırırlar və təlim düşərgəsinə aparırlar.
Birdən Zelenskinin başçılıq etdiyi Ukrayna Silahlı Qüvvələri döyüşçüləri içəri daxil oldu, hamını yığıb bizə güllələnmək əmri verildi. Bu zaman Zelenski yanıma gəldi və mən "Oh, sənin hekayələrini instaqramda gördüm. Var olsun, Ukrayna! Qəhrəmanlara təşəkkürlər!", - deyə səsləndim. Sonra Zelenski ilə yan-yana dayandıq. Ondan “İnstagramım üçün sizinlə selfi çəkdirə bilərəmmi?”, - deyə soruşdum. O da: “Əlbəttə” dedi.
Losev indi üzləşdiyi vəziyyəti "axmaqlıq" kimi qiymətləndirərək, bir məmurun ona maksimum 15 il həbs cəzası tələb edən bir cinayətlə ittiham olunduğunu söyləyir.