Zelenski:"Gələn ilin cəbhədə həlledici il olacaq"

2023-cü il Rusiya ilə müharibədə cəbhə xəttində həlledici olacaq.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volidimir Zelenski videomüraciətində deyib.

“Biz Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır. Biz qışda hansı risklərin olduğunu başa düşürük, yazda nə etməli olduğumuzu başa düşürük, demək ki, müdafiə və təhlükəsizlik sektorunun nümayiş etdirməli olduğu nəticələrini anlayırıq”, - dövlət başçısı vurğulayıb.