ABŞ-da naməlum şəxs lotereyada 1,3 milyard dollar udub


ABŞ-ın Men ştatında naməlum şəxs lotereyada 1,3 milyard dollar udub.

“Report” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Qeyd edilir ki, oyun cümə günü, yanvarın 13-də keçirilib.

"Men ştatından olan lotereya bileti sahibi, cümə gecəsi çəkilmiş altı nömrənin hamısına - ağ toplar 30, 43, 45, 46 və 61 üstəgəl bir qızıl meqabol 14-ə uyğun gələn yeganə bilet olduqdan sonra xoşbəxt yeni ili qeyd edəcək" - lotereyanın operatoru olan “Mega Millions” şirkətinin mətbuat xidməti məlumat yayıb.

ABŞ-da qüvvədə olan qaydalara əsasən, cekpotun qalibi ya uduşun vergiyə cəlb olunan hissəsini (723,5 milyon dollar) nağd şəkildə ala bilər, ya da daha böyük məbləği. Lakin bu, 30 il ərzində mümkündür.