KİV: Rusiya daha 500 min nəfər səfərbər etmək niyyətindədir

Rusiya Federasiyası cəbhəyə 500 minə qədər insan göndərmək üçün yeni səfərbərlik elan etməyə hazırlaşır. Yaxın bir neçə həftə ərzində qərar verilə bilər.

APA-nın məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən yazır.

Qəzet yazır ki, Rusiyanın hərbi komissarlıqlarında ciddi hazırlıq gedir, Kreml qapalı sorğu keçirib. Rusiya vətəndaşları müharibədən narahatdırlar, lakin məğlubiyyəti qəbul etmək istəmirlər”, - deyə adı açıqlanmayan rəsmi şəxs bildirib.