Çində kimya müəssisəsində güclü partlayış olub

Çinin şimal-şərqindəki Liaonin əyalətindəki kimya zavodunda güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə “Sina” informasiya portalı məlumat yayıb.

Hadisə Pancin şəhər rayonundakı fabriklərdən birində qeydə alınıb. Partlayışdan sonra müəssisədə yanğın olub.

Ölən və xəsarət alanlar, həmçinin partlayışın səbəbləri barədə məlumatlar dəqiqləşdirilir.