Nepalda qəzaya uğrayan təyyarədə Hindistanın məşhur müğənnisi olub

Hindistanın məşhur xalq müğənnisi Nira Çantia Nepalda qəzaya uğrayan ATR 72 təyyarəsində uçurmuş.

APA xəbər verir ki, bu barədə “News India” məlumat yayıb.

Çantiya Lok Dohori janrında mahnılar ifa edir - onları iki komanda oxuyur: biri kişilərdən, ikincisi qadınlardan ibarətdir. Mahnı sual-cavab şəklində qurulur.

Qeyd edək ki, bu gün 15-də Yeti Hava Yollarına məxsus ATR 72 təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Sərnişinlərin hamısının öldüyü qeyd olunur.