Ukrayna döyüşən rus məhbuslarının 77 faizini  məhv edib

Ukrayna Silahlı Qüvvələri “Vaqner” vasitəsilə Ukraynaya qarşı müharibəyə göndərilən rus məhbuslarının 77%-ni (29 min 543 nəfər) məhv edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında yazıb.

"Vaqner" vasitəsilə Rusiya Federal Penitensiar Xidmətindən (həbsxanalar və koloniyalar) 38 244 nəfər döyüşə göndərilib", - Podolyak bildirib.