ATƏT sədri Ukraynaya səfərə gedir

ATƏT-in yeni sədri Boyar Osmani bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
“Report” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, məqsəd humanitar və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.
Eyni zamanda müharibənin dinc əhaliyə, mülki infrastuktura təsiri məsələləri barədə fikir mübadiləsi aparılacaq.
B.Osmaninin bir sıra rəsmi şəxslərlə, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.