Ruslar dörd istiqamətdə  Ukraynaya hücuma keçib

"Hazırda işğalçılar Ukraynaya dörd istiqamətdən hücum edir".

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, ruslar Liman, Baxmut, Avdiivka və Novopavliv istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Baş Qərargahın məlumatına əsasən, ötən gün ərzində müdafiə qüvvələrinin bölmələri Luqansk vilayətinin Qrekivka, Nevski, Kremina və Dibrova yaşayış məntəqələrində, həmçinin Verxniokamianske, Krasna ərazilərində işğalçıların hücumlarını dəf edib.

Baş Qərargah onu da qeyd edib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 20 raket zərbəsi endirib. Xüsusilə də işğalçılar Xarkov və Nikolayev vilayətlərinin mülki infrastrukturunu bombalayıblar. Hücum zamanı insan tələfatı olduğu bildirilir.