BMT helikopteri atəşə tutulub

Konqo Demokratik Respublikasında BMT helikopteri atəşə tutulub.

Trend xəbər verir ki, helikopter yerli vaxtla saat 15:00 radələrində Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.

Bildirilib ki, helikopterin atəşə tutulması nəticəsində Cənubi Afrika Respublikasından olan BMT sülhməramlısı ölüb, bir nəfər isə yaralanıb.