Kahramanmaraşda dünən 9 saatlıq fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ indiyədək 10 vilayətdə 3419 nəfərin həyatına son qoyub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Suriyada ölənlərin sayı 1500-ü keçib. Hər iki ölkədə axtarış-xilasetmə işləri davam edir. Zəlzələlər dünya mediasının manşetlərinə daşınıb. Qəzetlər xilasetmə qruplarının fədakar səylərini əks etdirən şəkilləri manşetlərinə çıxararaq bunu "əsrin ən güclü zəlzələsi" kimi qiymətləndiriblər.
Turan