Ukrayna Ali Radası Vasili Malyuku Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin edib.
Bu barədə Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında bildirib.
“Ali Rada Ukrayna Prezidentinin müvafiq təqdimatını təsdiqləyib”, - deyə Qonçarenko yazıb.
Bundan başqa Ukrayna parlamenti ölkənin Daxili İşlər Nazirliyinin (DİN) yeni rəhbəri kimi İqor Klimenkonu təsdiqləyib.