NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə ABŞ-nin rəhbərlik etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasından əvvəl mühüm açıqlamalar verib.
"Sherg.az" xəbər verir ki, Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlük prosesindən söz açıb:
"Finlandiya və İsveç artıq NATO-ya çox yaxın və inteqrasiya olunmuş ölkələrdir. Beləliklə, əsl sual bu ölkələrin üzvlüyünün birgə ratifikasiya olunub-olunmaması deyil. Məsələ ondan ibarətdir ki, hər ikisinin üzvlüyü ən qısa zamanda təsdiqlənməlidirmi? Əminəm ki, hər iki ölkə üzv olacaq. Biz İsveç və Finlandiyanın NATO üzvlüyünün ən qısa zamanda təsdiqlənməsi üçün çox çalışırıq”.
Mənbə: Haberler7