"YouTube"un direktoru istefa verdi

Dünyanın ən məşhur video paylaşma platforması olan YouTube-un baş direktoru Susan Wojcicki işçilərinə elektron məktub göndərərək istefa verdiyini açıqlayıb.
Bakupost.az xarici mediaya istinadla bildirir ki, Google-un ilk işçilərindən olan 54 yaşlı Voyçiçkini köməkçisi Neal Mohan ilə əvəzləyəcəyi açıqlanıb.
Voyçiçkinin istefasının YouTube-un reklam gəlirlərinin azalmasından sonra gəlməsi diqqət çəkib.
Wojcicki ailəsinə, sağlamlığına, şəxsi layihələrə daha çox diqqət yetirəcəyini və Google-un ana şirkəti Alphabet-də məsləhətçi kimi davam edəcəyini deyib.
Qeyd edək ki, əvvəllər Google-da reklam məhsulları üzrə baş vitse-prezident olan Wojcicki 2014-cü ildə YouTube-un baş direktoru olub.