Bayden Obamanın kabinetində nələr edib? - Gizli səfərin “kodları” açıldı 

"ABŞ Prezidenti Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı. O da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı".
"Sherg.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: 
"C.Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək.

 Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək.  Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli davranmağı işarə edib".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Kiyevə gedib.Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevin Mixaylovsk kilsəsində görüşdüyü bildirilib.