Kim Çen Inı internetdə axtardığına görə edam ediləcək... 

Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya dünyanın ən qapalı və “sirli” ölkələrindən biri hesab olunur.
İnternetə çıxışın son dərəcə məhdud olduğu ölkədə yalnız kiçik bir qrup xarici dünya ilə əlaqə saxlaya bilir.
"Sherg.az" xarici mediaya istinadən bildirir ki, bu imtiyazı olan 10 saylı Büroda çalışan agentlərin 'Kim Çen In' axtarması ölkədə böhrana səbəb olub.
"Daily Mail"in yazdığına görə 10-cu Bürodan bir neçə agent icazəsiz internetdə axtarış edib.

Agentlərdən biri ölkə lideri Kim Çen Inı internetdə axtararkən yaxalanıb.

Agentlər işdən çıxarılıb və Kim Çen Inla bağlı araşdırma aparan agentin edam ediləcəyi bildirilir. 

Belə ki, sözügedən agentə ölüm cəzası veriləcəyinə şübhə edilmir.  Mənbələr agentin güllələnərək edam ediləcəyini bildirir.
Mənbə: Hürriyyət qazeti