Ukrayna Zelenskinin bu sözlərindən sarsıldı - FOTO

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Ötən ilin fevralında Rusiya prezidenti Vladimir Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də davam edir. Qərbin hərbi yardımı ilə meydanda əlini gücləndirən Ukrayna Zelenskinin sözlərindən sarsıldı. Ukrayna lideri etirafa bənzər açıqlama verib.
"Sherg.az" xəbər verir ki, Əl-Cəzirədə yer alan məlumata görə, Zelenski müharibədəki son vəziyyətlə bağlı verdiyi məlumatda Ukraynanın taleyini təyin edəcək cəbhəni açıqlayıb.

"Ukraynanın gələcəyi şərqdəki döyüş meydanlarından asılıdır" deyən Zelenski, rus qüvvələrinin Baxmut və şərqdəki digər şəhərlərdə dayandırılmasının lazım olduğunu vurğulayıb.

Şərqdəki müharibəni “çox çətin, çox ağrılı” kimi şərh edən Ukrayna lideri “düşmənin hərbi gücünü məhv etməliyik və bunu edəcəyik” deyib.

"Mən indi müharibədə olan hər kəsə minnətdaram", - deyən Zelenski, Baxmutun süqutunun Moskvanın Donetsk üzərində nəzarəti ələ keçirmək məqsədinə zəmin yaradacağını bildirib.

Mənbə: Hürriyyət qazeti