Əhməd Necdət Sezərdən Kamal Kılıçdaroğluna dəstək


“Millət” İttifaqının namizədi və CHP sədri Kamal Kılıçdaroğlu keçmiş prezident Əhməd Necdət Sezəri ziyarət edib. 
Sherg.az  türk mediasına istinadən xəbər verir ki, görüş təşəbbüsü Əhməd Necdət Sezərdən gəlib və danışıqlar mətbuata qapalı keçirilib.
10-cu Prezident Əhməd Necdət Sezer, görüşdən sonra "Kamal Kılıçdaroğlunu dəstəkləyirəm. Onun müvəffəqiyyətli olmasını istəyirəm" deyə bəyanat verib.

Turan