Avropa İttifaqı “Vaqner”i “qara siyahı”ya saldı

Avropa İttifaqı (Aİ) Rusiyadan olan fiziki və hüquqi şəxslərdən ibarət “qara siyahı”nı genişləndirib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında bildirilib.
Siyahıya “Vaqner” özəl hərbi kompaniyası və Rusiya Beynəlxalq İnformasiya Agentliyi “Federal Xəbərlər Agentliyi” (RİA FAN) da daxil edilib.