ABŞ Lavrova viza verib

ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrova BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün viza verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

“ABŞ Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün viza verməyə başlayıb”, - Rusiya XİN-in açıqlamasında qeyd olunub.