ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən Massaçusets ştatında keçirdiyi əməliyyat zamanı çox məxfi sənədlərin sızmasına görə məsuliyyət daşıdığı güman edilən 21 yaşlı Cek Teyşeyranı həbs edib. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosu (FTB) 21 yaşlı Teyşeyranın evində axtarış aparıldığını və onun bu gün məhkəmə qarşısına çıxacağını açıqlayıb.
Federal Təhqiqatlar Bürosunun bəyanatında deyilir: “Ölkəmizin milli təhlükəsizliyini riskə atan və ölkəmizin etibarına xəyanət edənləri məsuliyyətə cəlb etməkdə qərarlıyıq”.
Qeyd edək ki, Massaçusets Hava Milli Qvardiyasına xidmət etdiyi öyrənilən 21 yaşlı gənc bomba kimi ölkə və dünyanın gündəminə düşüb.
Xatırladaq ki, Martın 1-də “Discord” tətbiqində paylaşılan sənədlərdə Ukraynadakı müharibə ilə bağlı məlumatlarla yanaşı, Cənubi Koreya, İsrail və İngiltərə də daxil olmaqla bir çox ölkə ilə əlaqədar diqqətçəkən məlumatlar yer alıb.
Cənubi Koreya ilə bağlı sənədlərdə bu ölkənin Ukrayna müharibəsinə daha çox dəstək verməsi ilə bağlı daxili müzakirələri üzə çıxıb.
Başqa bir sənəddə isə Ukraynada hansı Qərb dövlətinin neçə xüsusi bölməsinin olduğu yazılıb.
Digər diqqətçəkən sənəddə ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreşin Rusiyaya qarşı çox yumşaq davrandığını düşündüyü ortaya çıxıb.
ABŞ-ın müttəfiqlərinə casusluq etməsi bu ölkələrdə mübahisələrə səbəb olsa da, Vaşinqton administrasiyası sənədlərin sonradan dəyişdirildiyini iddia edir.
Mənbə:Hürriyət qəzeti