Ukraynaya “yaşıl işıq” yandırıldı! – “NATO-ya üzvlük...”


Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron birgə bəyannaməyə imzalayıblar.
Sənəddə Paris Ukraynanın NATO-ya üzvlüyünə qəbul olunmasına öz imzasını atıb.
“Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Avro-Atlantik ailəyə doğru irəliləməsinə kömək etmək üçün hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün Ukrayna-NATO platformasını tam dəstəkləyir”, - deyə sənəddə qeyd olunub.

Bəyannamədə ayrıca paraqraf kimi qeyd olunub ki, Ukrayna və Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyirlər.

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, Ukraynanın tezliklə NATO-ya daxil olacağını düşünmür:

"Rəsmi Kiyev öncə ya ərazilərini azad etməli, ya da Rusiya ilə sülh müqaviləsi imzalamalıdır. Çünki münaqişəli bölgələr Alyansa qəbul edilmir. Həmçinin NATO-ya bu şəkildə daxil olunsa, Alyans müharibədə Ukrayna tərəfindən açıq şəkildə iştirak etməlidir. NATO-nun isə bu müharibədə iştirakı ilə bağlı istiqamət görünmür. Digər tərəfdən əsas sual rəsmi Parisin bunu niyə dilə gətirməsidir. Çünki Fransa ilə Ukraynanın əlaqələri elə də yaxşı deyildi. Hətta Kiyevə hücum ərəfəsində Makron Zelenskini yığaraq "biz sizə heç bir köməklik edə bilmərik, sadəcə sığınacaq təklifmiz var" demişdi. Həmçinin Fransa rəhbəri, Ukrayna prezidentinə " onsuz da məğlub olacaqlarını və bir həftə ərzində təslim olmalarını" söyləmişdi. Yəni o Ukraynanın müqavimət göstərməməsini və Zelenskinin Fransaya qaçmasını bildirmişdi. Bu isə rəsmi Kiyevlə, Paris arasında ciddi narazılıqlara səbəb oldu. Ona görə ki, Zelenski ABŞ və Böyük Britaniya kimi, Fransanın da ona dəstək verəcəyini gözləyirdi. Lakin bu dəstəyi ala bilmədi. Məhz bundan sonra Ukrayna prezidenti bir neçə dəfə Makronu tənqid etmişdi".

 Analitikin sözlərinə görə Fransa, Ukraynanın NATO-ya üzvlüyünə “yaşıl işıq” yandıraraq, rəsmi Kiyevi dəstəklədiyini göstərməyə çalışır:

"Hətta bununla bağlı memerandum da imzalanıb. Yəni rəsmi Paris Ukrayna ilə münasibətləri normallaşdırmaq və yaxınlaşmaq siyasəti yürüdür. Eyni zamanda özünü Qərb cameəsinə Rusiyanın əleyhinə olduğunu və Ukraynaya dəstək verdiyini aşılayır. Ümumiyyətlə bu məsələnin rəsmi Kiyevin NATO üzvlüyünü sürətləndirəcəyini düşünmürəm".