2 il Çində qaldı, həyatı dəyişdi!

Harvardlı türk DJ-nin heyrətamiz uğuru

Yiğitin indi əsas hədəfi şəxsi musiqi markasını yaratmaqdır

  Hər şey mühəndis olan atasının Çinə səfərləri ilə başlayıb. O da atasıyla bərabər 2 il Çində yaşayıb. Sonra Eskişəhərə - doğma yurduna qayıdıb. Lakin bu qayıdış həyatında yeni bir dönüş nöqtəsinə səbəb olub. “Sherg.az"” “Milliyet.com.tr”yə istinadən Türkiyənin Eskişəhər bölgəsində anadan olmuş Yiğit Sönməzin həyat hekayəsini təqdim edir. Yiğit 1999-cu il doğumludur. Anası elektronika, atası isə cihazlar üzrə mühəndisdir. Atası işləmək üçün Çinə dəvət edildiyindən Yiğit ibtidai sinfi və orta təhsilin 5-ci sinfini Çində başa vurub. Yiğit özü haqqında bunları danışıb: “Fərqli mədəniyyətlərlə üzləşmişəm. Çində beynəlxalq məktəbdə təhsil almışam. Məktəbdə Niderland və İspaniyadan olan uşaqlar vardı, onlarla dostluq edirdim. İngilis və çin dilini orada öyrəndim. 2 ilim çox gözəl, rahat keçdi. Sonra yenə Eskişəhərə döndük. 6-cı sinifdə isə dərslərdə çətinlik çəkməyə başladım. Çünki Türkiyə təhsilinə bələd deyildim. İmtahanlarda aşağı nəticə əldə edirdim. Sonra bir qədər toparlandım, dərslərə ciddi yanaşmağa başladım. 8-ci sinifdə SBS imtahanında iştirak etdim. Koç liseyində dövlət hesabına təhsil almaq hüququ qazandım”. Bu səbəbdən ailəsi ilə birlikdə İstanbula köçüb. Astrofizika ilə maraqlanmağa başlayıb. 2014-cü ildə izlədiyi Interstellar (Yıldızlararası) filmi (rejissor Christopher Nolan) kino və astrofizikaya marağını daha da artırıb. Həm ölkə daxilində, həm də xaricdə kino sənətiylə bağlı tədris proqramlarına qatılıb. 12 kiçik film çəkib. Liseyi bitirdikdən sonra ali təhsil imtahanlarında iştirak edib. ABŞ-nin Stanford və Harvard universitetlərini qazanıb. Bu dəfə Yiğit fəlsəfə, sosiologiya, psixologiya üzrə təhsil almaq qərarına gəlib. Və dünyanın məşhur ali təhsil ocaqlarından biri – Harvard Universitetinə qəbul olunub. Fəlsəfə, sosiologiya ilə yanaşı nevrologiya ilə də maraqlanıb. Universiteti 3.94 balla bitirib. Amma hələ Çində yaşadığı illərdə musiqiyə yaranan həvəsi, sevgisi azaltmayıb. Yiğit DJ olmaq arzusu vardı və yavaş-yavaş arzusunu gerçəkləşdirib. DJ-lik fəaliyyətinə başlayıb. Onun uğurları bir çox gəncə örnək olacaq səviyyədədir. “8-9 yaşlarından elektron musiqi dinləyirəm. Dayım Sloveniyadan elektron musiqi kasetləri gətirmişdi. Bu da mənim elektron musiqiyə marağımı artırırdı. Həm qulaq asırdım, həm də kompüterə proqram yükləyib musiqi bəstələyirdim. Özüm üçün kiçik musiqi mikseri aldım. Yutubda videolar seyr etdim. Öz üzərimdə çalışmağa başladım. Dostlarımın ad günlərində, müxtəlif tədbirlərdə səhnəyə çıxdım, beləcə musiqi aləminə daxil oldum. Məni DJ kimi tanıdılar, qəbul etdilər. DJ-lik etmək özünü tanıtmaqdır, təsdiqləməkdir. Mən bunu bacardım”, söyləyən Yiğit əsas hədəfinin şəxsi musiqi markasını yaratmaq olduğunu deyib.