Danimarkalı səyyah dünyanı təyyarəyə minmədən dolaşır

“İstanbulda həmişəlik qala bilərəm”


Danimarkalı səyyah Torbjorn Pedersen işini, ailəsini geridə qoyub dünyanı təyyarəyə minmədən dolaşmaq arzusunu 10 il ərzində gerçəkləşdirib. Səyyahın 10 il ərzindəki səyahəti 3 min 576 gün təşkil edir.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, b uy müddət ərzində səyyah 37 dəfə gəmiyə, 158 dəfə qatara, 351 dəfə də avtobusa minib. Səyahətlər üçün o, xarici pasportunu 10 dəfə yeniləməli olub. Səyyar gəmiçilik və logistika sahəsində çalışır. Səyyah “Thor” ləqəbini götürüb. Onun səyahət macərası 2013-cü ildə atasından aldığı elektron məktubla başlayıb. Atası oğluna məktubunda müasir zamanda dünyanı təyyarədən istifadə etməyərək dolaşan bir adam tanımadığını yazıb. Bunu oxuyan Pedersen də atasının hələ “tanımadığı adam” olmağa – dünyanı təyyarəyə minmədən dolaşmağa qərar verib. Bunu necə edə biləcəyini müəyyənləşdirmək üçün axtarışlar aparıb, hansı yollar və vasitələrlə hərəkət edə biləcəyini öyrənib. 

Nəhayət, 2013-c ildə “dünyanı dolaşmamış Danimarkaya dönməyəcəyəm”, deyə and içərək yola çıxıb. Onun hədəfi dünyanı təyyarəsiz dolaşan adam olaraq adını tarixə yazdırmaqdır. Bu hədəfinə çatmaq üçün qarşısına 3 şərt qoyub: təyyarəyə minməmək, bir ölkədə 24 saatdan artıq qalmamaq və dünya səyahətini başa vurmadan evə dönməmək. Pedersen səyahətdə keçirəcəyi hər gün üçün 20 dollarlıq büdcə ayırıb. Və bu pul daxilində qalacağı yeri, qidalanmanı, gündəlik xərclərini qarşılamağı planlaşdırır. Pedersen səyahət zamanı çətinliklərlə də qarşılaşıb. Münaqişə bölgələrindən keçib getmək çətin olub, bəzən günlərlə, hətta gəftələrlə hansısa ölkənin sərhəddində gözləməli olub. Lakin hədəfə çatmaqdan vaz keçməyib. Pedersen səyahətə Avropadan başlayıb, sonra Şimali və Cənubi Amerikanı, daha sonra Afrika qitəsini dolaşıb.  2017-ci ildə Pedersen Türkiyəyə gəlib və oradan Orta Şərqə yol alıb. Əfqanıstan, Yəmən, Suriya kimi müharibə ölkələrinə də səfər edb. O, dünya səyahətini 8 ilə tamamlamağı planlayıb, lakin səfələri Covid-19 pandemiyası səbəbindən yarımçıq qalıb. Pandemiya onu Hong-Konqda “yaxalayıb”. Pedersen bu ölkədə 2 il qalmalı olub. Karantin bitdikdən və sərhədlər açıldıqdan sonra bu il may ayında səyahətini nəhayət başa vurub. Ümimilkdə 203 ölkəni gəzib, onun səyahətinin ümumi uzunluğu Yer kürəsini 9 dəfə fırlanmağa bərabərdir. Pedersen 26 iyulda ölkəsinə dönüb. Bu müddət ərzində onu 27 dəfə ziyarət edən rəfiqəsi Lee ilə ailə qurub. Pedersen gəzib gördüyü ölkələr arasında Türkiyəni çox sevdiyini, İstanbula heyran qaldığını söyləyib. Istanbulu o qədər bəyənib ki, “hıəmişəlik bu şəhərdə qala bilərəm”, etirafını edib.