ABŞ-nin Virciniya Universitetinin professoru “hədəfi donduran” cihaz istehsal etdiyini bildirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Professor Patrick Hopkins, 1997-ci ildə “Batman & Robin” filmində “Mr.Freeze” adlı personajın istifadə etdiyi cihaza bənzər bir silah hazırladığını iddia edib.
“Futurism” nəşrinə görə, ABŞ Hərbi Hava Qüvvələrindən 750 min dollarlıq qrant alan Hopkins, səthi hədəf alaraq soyuda bilən kiçik plazma lazeri dizayn etməyi bacarıb.
Qeyd edək ki, inkişaf etdirdiyi dondurucu şüanın lazım olduğu kimi işlədiyini deyən Hopkins cihazın əsas məqsədinin kosmik gəmilərdə və yüksək hündürlükdə uçan təyyarələrdə elektron cihazları soyutmaq olduğunu vurğulayıb.
Həmçinin Hopkins və komandası, “ACS Nano” elmi jurnalında dərc olunan məqalələrində hazırladıqları prototipin "maddənin dördüncü vəziyyəti" adlandırılan plazmanın qeyri-adi fiziki xüsusiyyətindən istifadə etdiyini söyləyib.
Mənbə:Haber Global