“Bu uşaqların valideynləri hardadır?”

Foto sosial medianı ayağa qaldırıb

 Səyahət gəmisində çəkilən foto sosial medianı ayağa qaldırıb. Fotonu görənlər “Bu uşaqların valideynləri hardadır? Təhlükəsizlik əməkdaşları hardadır?” deyə üsyan edir. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, fotoda təhlükəsizlik jileti geyinməmiş 2 azyaşlının gəminin göyərtəsində məhəccərlər üzərində əyləşdiyi əks olunub. “Carnival Cruise Miami Blog tərəfindən internetdə yayılan foto müzakirələrə səbəb olub. Fotonun Liz Pride tərəfindən çəkildiyi bildirilir. Hadisənin kruiz gəmisi “Royal Caribbean”da yaşandığı qeyd edilir. Şirkət rəhbərliyi hadisə barədə açıqlama vermək zorunda qalıb. Şirkət sözçüsü “Insider”ə açıqlamasında bunları deyib: 

“Sərnişinlərin və gəmi heyətinin təhlükəsizliyi bizim üçün ən önəmli məsələdir. Gəmi sərnişinləri və heyətin əməl etməli olduğu prinsiplərimiz  var. Hər kəsə bunu bildirir və göz ardı etməmələri üçün gərəkən tədbirləri icra edirik”.  Fotoya rəy bildirən sosial media istifadəçilərindən bəzisi isə təhlükəsizlik  tədbirlərinə əməl etməyən ailənin gəmidən xaric edilməli olduğunu yazıb: “Bu ailəyə gəmi səyahətinə çıxmağa bir daha icazə verilməməlidir. Ömürlərinin sonunadək dənizə, gəmi səyahətinə qoy həsrət qalsınlar”.