Ermənilər "Atatürk" filmindən qorxur

“Gücü hər şeyə yetən türk hökuməti"nin iradəsi Amerikada sınağa çəkilir

  Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Paşa – Atatürk haqqında çəkilmiş filmin ABŞ film platforması “Disney”də yayımlanmamasına təpki göstərilən qardaş ölkə, özünü əbədi türk düşməni elan etmiş Ermənistan tərəfindən alqışlanıb. Bəli, məhz alqışlanıb!
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ermənistan mediası “Disney” qərarına sərt təpki göstərən Türkiyə hökumətini “gücü hər şeyə yetən türk hökuməti” adlandırıb. Erməni mediası Ermənistan hökumətini və ictimaiyyəti “Atatürk” filminin yayımlamaması üçün yetərincə fəaliyyət göstərməməkdə, birlik, həmrəylik nümayiş etdirməməkdə suçlayıb. Xatırladaq ki, rəqəmsal yayım platforması olan “Disney Plus” “Atatürk” filmini yayımlamayacağını bəyan etmişdi. Halbuki filmin yayımı ilə bağlı şirkətin Türkiyə təmsilçiliyi ilə rəsmi qaydada müqavilə bağlanb. Yayım platformasını müqavilə şərtlərini pozmaqda ittiham edən Türkiyə tərəfi də buna haqlı etirazını bildirib, türk ictimaiyyəti də məlum qərara sərt təpki göstərib. Türk cəmiyyəti “Disney Plus boykot”, “DisneyPlusiptal et” kimi müxtəlif etiketlərlə platformanı boykot ediblər. Şirkətin öz qərarını hansı istiqamətdə dəyişdirəcəyi bəlli olmasa da, Türkiyə hökuməti və cəmiyyətinin etirazı sözügedən platformanın etibarsızlığını sübut edir. Erməni tərəfini də narahat edən budur; platforma təpkilərə dözməyərək filmi yayımlamaq qərarına gələ bilər. Odur ki, erməni mediası, konkret, mərkəzi ofisi ABŞ-də yerləşən “Armenian Weekly” qəzeti Ermənistan hökumətini lazımi addımlar atmamaqda, erməni ictimaiyyətini də həmrəylik nümayiş etdirməməkdə suçlayır.  Erməni mediası “Türkiyə rəsmiləri “Disney Plus”u erməni lobbisinə boyun əyən göstərib”, yazıb və beynəlxalq aləmdə bunun heç də xoş bir hadisə olmadığını vurğulayıb. Həmçinin dünya ermənilərinə çağırış edərək, “Disney”in “Atatürk” filmini Fox TV-yə satmasını əngəlləməyə, həmçinin qondarma erməni soyqırımı, eyni zamanda Qarabağ – öz ifadələri ilə qondarma Artsax haqqında sənədli film çəkilişinin vacib olduğunu xatırladıb.  Qəzet “qələbə hələ qazanılmayıb. Hər şeyə gücü yetən Türk hökuməti qarşısında ABŞ erməniləri birlik nümayiş etdirməlidir”, - yazıb.