“Özümü öldürəcəyəm”, dedi, elektrik dirəyinə çıxdı

Belə şey hələ olmamışdı

Özünü yox, pişiyi aşağı atdı

Əcaib hadisə baş verib. Bir qadın yüksək cərəyanlı elektrik dirəyinə çıxaraq özünü öldürəcəyini deyib. Hadisə yerinə gələn xilasedicilər qadını intihardan vaz keçirmək üçün nə qədər çalışsalar da, onu fikrindən döndərə bilməyiblər. İntihar etməyə hazırlaşan qadın bir şərtlə aşağı enməyə razılaşacağını deyib. 

Şərti isə pişiyinin ona verilməsi olub. Xilasedicilərdən biri qadının pişiyini qucağına alıb dirəyə dırmaşıb və heyvanı ona təslim edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, həmin an dəhşətli hadisə baş verib. Qadın pişiyi əlinə alan kimi aşağı fırladıb. Pişik yüksəklikdən düşərək ölüb. Xilasedicilər qadını dirəkdən endirə bilib. Məlum olub  ki, 31 yaşlı qadın narkotik maddə istifadəçisidir. Faktla bağlı hazırda Konya  polisi təhqiqatları davam etdirir.