Damında məzar olan cami: Sirli məzarın sahibi kimdir? 

 
İstanbulun Fatih səmtindəki Katib Sinan Camisinin damındakı məzarın sirri əsrlərdir çözülməyib. Bu məzar kimə aiddir və niyə caminin damında qoyulub, sualına hələ də cavab tapılmır. 

“Sherg.az” “Milliyet.com. tr”yə istinadən bildirir ki, sözügedən cami ilə bağlı araşdırma aparan arxeoloq Murat Sav  bu mövzuda maraqlı izahlar verib. Katib Sinanın həyatı da adını daşıyan cami qədər diqqətçəkəndir. Cami 1496-cı ildə, II Bəyazidin mətbəx katibi olmuş Sinan Əfəndi tərəfindən inşa etdirilib. 



Deyilənə görə, Sinan Əfəndi vəsiyyət edib ki, vəfat etdikdə onu bu caminin damına dəfn etsinlər. Təbii ki, onun vəsiyətinə əməl edlməyib, çünki islam dini buna qarşıdır, şəritədə elə bir halın olması qəbuledilməz sayılırdı. Sinan Əfəndi caminin damına deyil, cami bağçasında məzarlıq üçün ayrıımış xüsusi əraziyə gömülüb. Rəvayətə görə, dəfnin ertəsi günü camaat məzarı caminin gümbəsində görüb. Tabutu yenə məzarlığa gömüblər, ertəsi gün eyni hal yenə təkrarlanıb. Bu hal 3 dəfə təkrarlanıb. Nəhayət, tabutu harda görünürsə, orada da saxlamağa qərar verirlər. O gündən bu günə tabut guya ki, ordadır və Katib Sinan Camisi həm də damında tabut olan cami kimi məşhurlaşıb. Lakin arxeoloq Murat Sav gümbəzdəki tabutun Katib Sinana aid olmaya biləcəyi fikrindədir. M.Sav hesab edir ki, Osmanlıda Sinan Əfəndi adında bir çox şəxs yaşayıb. Bu məlumatlarla oxşalıq təşkil edənsə 1510-cu ildə Osmanlı sarayında  bu adda katib olub. O zamanlar Katib Sinan Əfəndi Vəqfi fəaliyyət göstərib. Lakin bu şəxsin məhz tabutu caminin gümbəzində olan şəxs olmasına dair səhih məlumatlar yoxdur. Başqa bir məlumatsa bundan ibarətdir ki, hazırkı Katib Sinan Camisi 15 və 16-cı əsrlərdəki halıyla günümüzə qədər gəlib çıxmayıb. Bu cami 18-ci əsrdə yenidən inşa edilib, dəyişikliyə uğrayıb. Tabutun guya günbəzdə görünməsiylə bağlı xalq arasında gəzən rəvayətlərlə bağlı isə arxeoloq “tabutun damda nə işi var?!”, söyləyib.  


 Arxeoloq qeyd edib ki, Osmanlıdakı camilər haqqında 1700-cü illərdə yazımış “Hədiqətül-Cevami” kitabı var. Orada Katib Sinan Məscidi haqqında da yazılıb, lakin məscidin sahibinin məzarının naməlum olması da qeyd edilib. Lakin sonralar cami həyətinin cənub tərəfindəki məzarlıqda başdaşında yazısı olan bir məzar tapılıb və məzarın Katib Sinana aid olduğu bildirilib. Bu məzarın da sonradan rəmzi olaraq Katib Sinan adına düzəldildiyinə dair də məlumatlar var. Qısası, Katib Sinanın məzarının yeri haqqında müxtəlif bilgilər var, lakin dəqiq olan budur ki, məzar caminin damında deyil, ola da bilməz. Çünki islamda tabutun caminin və ya hər hansı bir tikilinin damına, gümbəzinə yerləşdirilməsi kimi bir adət yoxdur, islam şəriəti buna yol vermir. İslam dini qaydalarına ciddi əməl edilən, xilafətin rəhbəri sayılan Osmanlıda belə bir işə icazə veriləcəyini düşünmək də mümkün deyil.