Parisdə otel qiymətləri artıb

2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransanın paytaxtı Parisdə, eləcə də yarışların keçiiləcəyi digər şəhərlərdə otel qiymətləri həddindən artıq yüksəlib. “Sherg.az” Anadolu Agentliyinə istinadən bildirir ki, növbəti yay mövsümü üçün otel qiymətləri 10 dəfəyədək artıb. Məlum olduğu kimi növbəti il Yay Olimpiya Oyunları 26 uyul -14 avqust tarixlərində Fransada keçiriləcək. Olimpiya yarışlarını izləmək üçün Parisə səfər etməyə hazırlaşanlara bəd xəbər verilib. Otel, mehmanxana qiymətlərinin 10 dəfəyədək yüksəldiyi bildirilir.

 Otellərin 20 faizi indidən bron edilib artıq. Tələbatın yüksəldiyini görən otelçilər qiymətləri indidən qaldırıb. Hazırda qiyməti 200 avro olan otellər növbəti il üçün qiyməti 2 min avro təyin edib. Qiymət artımı həm Parisdə, həm də ətraf bölgələrdə müşahidə edilir. Marsel, Lionda otel qiymətləri 4-7 dəfə artıb. Odur ki, Fransaya səfər etməyə hazırlaşanlar bunu nəzəzrə alsın.