Prezidentə sui-qəsd hazırlayan tutuldu

Prezidentliyə namizədə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən qruplaşma lideri həbs edilib. 

“Sherg.az” “CNNTürk”ə istinadən bildirir ki, Los Choneros qruplaşmasının lideri Adolfo Macias Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencioya qarşı sui-qəsddə şübhəli bilinir. Xəbər verildiyi kimi, korrupsiya və cinayətkarlıqla  mübarizə aparaacağını bəyan etmiş F.Villavicencio məhz sui-qəsd nəticəsində həlak olub. Bu sui-qəsd hadisəsindən sonra adıçəkilən qruplaşmaya qarşı hökumət xüsusi əməliyyat keçirib. 

Əsgər və polislərdən ibarət 4 min nəfər təhlükəsizlik xidməti əməkdaşının iştirak etdiyi əməliyyat nəticəsində qruplaşmanın lideri hıbs edilib. O, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olan həbsxanaya təxliyə edilib.  Əməliyyat zamanı çox sayda silah-sursat ələ keçirilib. “Fito” ləqəbli Adolfo Macias bundan əvvəl narkotik maddə qaçaqmalçılığı, mütəşəkkil cinayətlərdən 34 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun ən yüksək səviyyədə qorunan həbsxanaya salınması, ictimaiyyətdəki narahatlığı aradan qaldırmağa yönəlib. Ekvadorun hazırkı prezidenti Guillermo Lasso isə sosial media üzərindən verdiyi açıqlamada “Ekvadorda sülhü və təhlükəsizliyi təmin edəcəyik”, söyləyib.