İlana "Hollivud" ulduzunun adını verdilər

Yeni ilan növü Peruda aşkarlanıb
Hollivud “ulduzu” Harrison Ford növbəti dəfə adının bir heyvana verilməsiylə gündəmə gəlib. “İndiana Cons”dan tanıdığımız aktyorun adını yeni tapılmış ilan növü daşıyacaq. “Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, yeni ilan növü Peruda aşkarlanıb. Bu ilan növü hazırda Perunun Otisçi Milli Parkında saxlanılır. Onun adı “Tachymenoides harrisonfordi” qoyulub. Hollivud “ulduzu”nun adı indiyədək müxtəlif heyvanlara – qarışqa və hörümçəyin yeni kəşf edilmiş növlərinə də verilib. Bunun səbəbi aktyorun təbiət aşiqi və eko-fəal, həmçinin “Conservation İnternational” adlı ictimai qurumun başqan yardımçısı olmasıdır. H.Ford bu haqda belə deyib: “Alimlər adımı daim heyvanlara verməkdədir. Bunların hamısı da uşaqların qorxduğu növlərdir; hörümçək, ilan… Açığı, buna bir anlam verə bilmirəm”. Yeni kəşf edilmiş ilan növünün uzunluğu 50 sm-dir, onun insanlara zərər verməyən ilan olduğu bildirilib.