“Dövlət məni vətəndaş saymır” - Meşə adamı

Bu adamın nə şəxsiyyət vəsiqəsi var, nə malı-mülkü, işi, evi. 

Cəmiyyətdə heç nəyə sahib olmayan adam təbiətlə baş-başa yaşayır. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən “Meşə adamı” adını almış Titus Morrisin qəribə həyat hekayəsini oxuculara çatdırır. Titus Morris ABŞ-nin Kentukki ştatında dünyaya gəlib. Hazırda isə Appalakian dağları arasındakı meşədə yaşayır. Burada elektrik enerjisi yoxdur. Ayaqqabı geyinmir, yalnız bitkilərlə qidalanır, mobil telefondan istifadə etmir. Yeməklərini ocaqda bişirir. Nədən meşəni özünə məskən etdiyini anladan videosunda T.Morris şəxsiyyət vəsiqəsi almaq istəmədiyidən, sərbəst yaşamaq istədiyindən danışıb.

T.Morrisin videosu ən çox izlənənlər sırasındadır. Meşə adamı çəkdiyi videoda həyatına dair məlumat verib, atlarını necə təmizlədiyini, onlara necə qulluq etdiyini, çaydan götürdüyü sudan necə istifadə etdiyini göstərir. T.Morris ancaq çayın suyundan istifadə etdiyini, təmiz, saf su içmədiyini deyib. Meşə adamı taxtadan özünə ev düzəldib. Mobil telefon istifadə etməsə də, taxta evinə şəhərdaxili telefon xətti çəkib. T.Morris bildirib ki, xərci ancaq bu telefon xətti üçün pul ödəməkdə çıxır. “Dindar ailədə böyüdüm. Sadə həyat tərzini sevirəm. Şəxsiyyət vəsiqəsi almaq istəmədim. Mən bu sistemdə qeydiyyatda deyiləm. Dövlət üçün də yoxam”, söyləyən T.Morris ünsiyyət saxlaya biləcək dostu, tanışı yoxdur deyə fikirlərinin dağınıq olduğunu deyib. Meşədə yaşamağa başladığı gündən T.Morris heç xəstələnməyib. Hətta burnu da axmayıb. T.Morris evlənmək istədiyini deyib və taxta evindəki telefonun nömrəsini çəkdiyi videoda paylaşıb. Günün böyük hissəsini evdə olmadığı üçün zəng edəcək şəxslərdən səsli mesaj göndərmələrini xahiş edib.