Camidəki qız saxlanıldı  - Uyğunsuz hərəkətlər edib

Türkiyənin Malatya bölgəsində camiyə gedərək rəqs edən gənc qız polis tərəfindən saxlanılıb. Gənc qız camiyə cübbə geyinərək daxil olub, lakin sonra elə bu geyimdə də rəqs etməyə başlayıb. Sonra da minbərə çıxaraq uyğunsuz hərəkətlər edib. Gənc qız bütün bunları videoya çəkərək sosial şəbəkədə paylaşıb.

 “Sherg.az” “Milliyet.com.tr”yə  istinadən bildirir ki, görüntülər yayıldıqdan sonra hadisənin Malatyada baş verdiyi müəyyənləşib və gənc qız polis nəzarəti altına alınıb, barəsində istintaq başladılıb. 

Türkiyə Dəyanət İşləri Başqanlığı da videogörüntülərlə bağlı araşdırmalara başlayıb. Bir neçə gün əvvəl də eyni hal Ankaradakı Kocatəpə camisində yaşanıb. Camidə model xanımın çəkilişlərinin aparıldığı məlum olub. Həm model, həm də çəkiliş aparan qadın polis tərəfindən saxlanılıb, hazırlanmış videomaterial müsadirə edilib, barələrində “dini dəyərlərə hörmətsizlik” maddəsi ilə istintaq başladılıb.