Əqrəbə ip bağlayıb gəzdirdilər  

Zəhərli həşəratlarla “tale oyunu” oynayanlar da tapılır

Havaların hədsiz isti keçməsi zəhərli həşəratlar və böcəklərin sayını da artırıb. Sakinlər tez-tez bu və ya digər yerlərdə ilan, əqrəb, zəhərli hörümçəklərlə qarşılaşırlar. Amma zəhərli həşəratlarla “tale oyunu” oynayanlar da tapılır. 


“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Türkiyənin Batman bölgəsi, Kozluk məhəlləsində bir nəfər zəhərli əqrəbin quyruğuna ip bağlayaraq yanınca gəzdirib. Bunu edən Əmrə Çətinqaya dostlarıyla dolaşarkən yolda qara rəngli əqrəb gördüklərini, onu tutub quyruğuna ip bağladıqlarını söyləyib: “Quyruğuna ip bağlayıb yanımızca bir az gəzdirdik. Musiqiylə yolumuza davam etdik. Bir az əyləndik, sonra əqrəbi sərbəst buraxdıq”. Zəhərli əqrəbin iplə bağlanaraq darta-darta gəzdirildiyini görənlər bundan narahat olub, həyəcanlanıblar. Məhəllə polisi isə gənclərə bu cür təhlükəli əyləncələrdən əl çəkməyi tövsiyə edib.