Leyləklər ölməsin deyə elektrik naqillərini kəsdilər 

Hər il bu vaxtlar köç edən leyləklər ölməsin deyə, Balıkəsirin Dursunbəy bölgəsində elektrik naqilləri kəsilib. Məsələ burasındadır ki, köç edən leyləklər bu naqillərə ilişərək tələf olurlar. Bunu bilən yerli sakinlərsə qaranlıqda qalmağa razıdırlar, təki leyləklər ölməsin.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Türkiyənin Balıkəsir bölgəsində yerli sakinlər bu dəfə də leyləklərin köçünə yardım edib. Sakinlər 7 leyləyin elektrik naqillərinə toxunaraq tələf olduğunu, 3 leyləyisə yaralı vəziyyətdə gördükdə işıq idarəsinə xəbər verib. İdarə əməkdaşları hadisə yerinə gəldikdə sakinlər elektrik naqillərinin müvəqqəti kəsilməsini xahiş ediblər. Naqillər kəsilib, yaralı leyləklər baytar həkimə aparılıb, onlara tibbi yardım göstərilib. Bundan sonra leyləklər təkrar səmaya buraxılıb.