İspan şahzadəsi hərbi xidmət keçir

Şahzadə Leonor 3 il hərbi dəniz qüvvələrində olacaq

İspaniyanın vəliəhd şahzadəsi, kral Filippin böyük qızı, 18 yaşın içində olan Leonor hərbi xidmətə yollanıb. O, 3 il ərzində İspaniya Hərbi Dəniz Qüvvələrində təlim keçəcək. Şahzadənin hərbi geyimdə çəkilmiş fotoları sosial mediada yayılıb və böyük bəyənmə sayı toplayıb.

 Gözlənilir ki, şahzadə Leonor gələcəkdə İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin ediləcək. Şahzadə artıq hərbi xidmət keçir. Şahzadə bir neçə gün öncə atası kral VI Filipp, anası, kraliça Letiza və bacısı Sofiya ilə birlikdə Sarakozadakı Hərbi Akademiyaya gedərək xidmətə başlayıb. Mətbuata açıqlamasında şahzadə “hərbi xidmətə başlamışam və bir az həyəcanlıyam”, - söyləyib. Şahzadə Hərbi Akademiyada 1 il təhsil alacaq, sonra dənizçilik məktəbinə gedəcək. Orada İspaniya donanmasında təlim üçün istifadə edilən 4 dorlu, yelkənli “Juan Sebastian de Elcano” gəmisi ilə dənizə çıxacaq. Şahzadə hərbi təhsilini Mərkəzi Havaçılıq Akademiyasında bitirəcək. İspaniya Müdafiə naziri Marqarita Robles isə verdiyi açıqlamada şahzadənin silahlı qüvvələrdə təlim keçən bir çox gənc qızdan biri olduğunu deyib. Hərbi xidmət qaydalarına uyğun olaraq şahzadənin saçları qısaldılacaq, o, hərbi xidmət müddətində yalnız əsgər geyimində görünəcək.