İflic qadın 20 il sonra dil açdı 

“Xəstələrin məni görməsini və həyatlarının heç də sona çatmadığını bilmələrini istəyirəm”

 20 il əvvəl iflic keçirmiş və dili tutulmuş qadın ABŞ-nin Kaliforniya ştatı alimlərinin beyinə yerləşdirdikləri çip sayəsində danışıb. Bu, 47 yaşlı Anndır. 

“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, Ann 18 il əvvəl beyin iflici keçirib və danışıq qabiliyyətini itirib. Alimlər qadına beyninə 253 elektroddan ibarət çip yerləşdirməyi təklif edib və o da qəbul edib. Elektrodlar beyin vasitəsilə dil, çənə, qırtlağ və üzünə gedən siqnalları yaxalayaraq başdakı bir sinir vasitəsiylə süni zəkanın dəstəyi ilə bir kompüterə bağlanıb. “UCSF Veill” neyro elmlər İnstitutunun əməkdaşı Chang, “məqsədimiz başqasıyla danışmağımızın ən təbii yolu olan tam və əsaslı bir əlaqə bağlarını yenidən təsis etməkdir.

 Bununla xəstələrimiz üçün həqiqi həll yolu tapmış oluruq  və bu bizi məqsədimizə çox yaxınlaşdırır”, - söyləyib. Süni zəka 18 il əvvəl iflic keçirib danışıq qabiliyyətini itirmiş qadının boyun əzələlərinin hərəkətlərini təkrarlayaraq beyinlə əlaqə yarada bilib.  Nəticədə qadın danışmağa başlayıb. Süni zəka qadının danışığını sürətli bir şəkildə 80 sözdən ibarət mətnə çevirib. Biomühəndislik ixtisası üzrə təhsil alan Sean Metzger isə xəbərlə bağlı açıqlamasında “dürüstlük, sürət və söz ehtiyatı çox önəmlidir. 

Danışanın təbii və normal nitqi bundan çox asılıdır”, - deyib. 20 il sonra danışmağa başlayan Ann da insanlara səslənib: 

“Xəstələrin məni görməsini və həyatlarının heç də sona çatmadığını bilmələrini istəyirəm. Onlara maneələrin bizi dayandıra bilməyəcəyini göstərmək istəyirəm. Bu tədqiqatın obyekti olmaq mənə qarşımda bir məqsəd olduğu hissini verdi. Yenidən bir işim, məqsədim varmış kimi hiss etdim. Bu qədər uzun müddət sağ qalmağım, həqiqətən inanılmazdı. Lakin bu tədqiqat mənə həyatda ikən yaşadığımı hiss etdirdi”,  söyləyib. Universitetdə beyin cərrahlığı kafedrası başqanı olan Chang təcrübənin gələcəkdə digər xəstələr üzərində də aparılacağını bildirib.  Lakin alimlərin düzəltdiyi cihaz klinik tədqiqat mərhələsindədir və hələ ki, yalnız bir nəfər üzərində tətbiq edilir.